Azərbaycanın ABŞ-dakı səfiri Kim Kardaşyanı tənqid etdi

Azərbaycanın ABŞ-dakı səfiri Kim Kardaşyanı tənqid etdi

“Kim hansı işi daha yaxşı bacarırsa, o işlə məşğul olsun”.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Qarabağ münaqişəsində Ermənistanı dəstəkləyən realiti-şou ulduzu Kim Kardaşyanı tənqid edib.

Oxu.Az xəbər verir ki, bu barədə diplomat “Foreign Policy”ə verdiyi müsahibəsində bildirib. 

Süleymanov qeyd edib ki, Kardaşyan bu məsələdə anlayışa sahib deyil. Onun fikrincə, “realiti şou ulduzu üçün hərb və sülh məsələləri çox ciddi məsələdir”. 

“Mən, məsələn, realiti-şou üçün çox pis ulduz olardım, ona görə də bilmədiyim mövzularda müzakirəyə girmirəm. Mən Kardaşyanın hərbi və ya siyasi analitik olduğundan da əmin deyiləm. Kim hansı işi daha yaxşı bacarırsa, o işlə məşğul olsun”, - səfir bəyan edib. 

Xatırladaq ki, Kim Kardaşyan daha öncə Ermənistanı Qarabağ münaqişəsində dəstəkləmişdi. O, öz İnstaqram səhifəsində “Ermənistanda və bütün dünyada olan ermənilər üçün dua edirəm” yazmışdı. 

0
14