“Azərbaycan” kinoteatrın yerində “CinemaPlus” peyda olacaq

“Azərbaycan” kinoteatrın yerində “CinemaPlus” peyda olacaq

“Əfsanəni yenidən insanlara qaytarırıq”.

Bakının “Torqovaya” küçəsində gəzərkən yəqin ki, bir müddət əvvəl fəaliyyətini dayandırmış “Azərbaycan” kinoteatrını əhatə edən təmir lövhələrinin üzərində “CinemaPlus” kinoteatrının reklamı gözünüzə dəyib.

Oxu.Az bununla bağlı məsələni araşdırıb.

Əldə etdiyimiz məlumata görə, “Azərbaycan” kinoteatrın yerində artıq “CinemaPlus” olacaq.

“Əfsanəni yenidən insanlara qaytarırıq. Əslində çox sevindirici bir haldır”, - bizi məlumatlandıran mənbə bildirib.

Aytən Sadıqzadə

0
11