Qazaxıstanda terror aktında ölənlərin sayı açıqlandı

Qazaxıstanda terror aktında ölənlərin sayı açıqlandı

Üç yerli sakin, üç hərbçi həlak olub, 11 ekstremist məhv edilib.

Aktobedə terror aktı zamanı həlak olanların sayı 17 nəfərə çatıb - hadisə nəticəsində üç yerli sakin, üç hərbçi həlak olub və 11 ekstremist öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün Total.kz agentliyinə Qazaxıstan DİN-in Dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayev bildirib. 

Hüquq-mühafizə idarəsinin nümayəndəsi həmçinin terror aktının detallarından danışıb. Onun sözlərinə görə, ekstremistlər öncə silah mağazasına hücum edərək satıcını öldürüblər, hadisə yerinə gələn polis işçilərindən birini güllələyiblər, ikincisini isə yaralayıblar, sonra daha üç polisi yaralayıblar. 

Onlar mağazadan 17 ədəd odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər.

Bundan sonra ekstremistlərin bir hissəsi növbəti silah mağazasına hücum ediblər və orada olan müştərilərdən birini öldürüblər. Digər qrup isə avtobusu ələ keçiriblər, avtobusda hərbi hissəyə hücum edərək Milli qvardiyanın hərbçiləri ilə döyüşə giriblər. Atışma zamanı üç hərbçi ölüb. 

Daha öncə iyunun 6-da DİN Aktobedə terror aktı törədən daha beş silahlı ekstremistin məhv edilməsinə dair məlumat yayıb. Həmin gün hakimiyyət şəhərdə terror təhlükəsinin “qırmızı”“ (ən yüksək) səviyyəsini elan ediblər. 

Qeyd edək ki, iyunun 5-də günün ikinci yarısında KİV naməlum şəxslərin iki silah mağazasına və hərbi hissəyə hücum etmələrinə dair məlumat yayıb. Polis rayonu əhatəyə alıb və vətəndaşları ticarət-əyləncə məkanlarından təxliyyəsini həyata keçirib.

Xatırladaq ki, Aktobe Qazaxıstanın Rusiya ilə sərhədindən təxminən 110 km məsafədə yerləşir. Aktyubinsk vilayətinin və eyniadlı şəhər administrasiyasının administrativ mərkəzidir. 

0
23