Aygün Kazımovadan yeni xəbər var

Aygün Kazımovadan yeni xəbər var

İyunun 18-də Nabranda yerləşən istirahət məkanlarının birində konsert verəcək olan xalq artisti Aygün Kazımovadan xəbər var. Lent.az-ın məlumatına görə, xalq artisti konsertin bütün hazırlıqlarını başa vurmaq üzrədir. Xalq artistinin həmin gecədə geyinəcəyi geyimini modelyer Gülya hazırlamağa başlayıb.


Onu da əlavə edək ki, A.Kazımovanın konsertinin aparıcısının kimliyinə də aydınlıq gəlib. Gecənin aparıcısı Lamiyə Ələkbərova olacaq.

Qeyd edək ki, konsertdə xalq artisti ilə birgə 10 peşəkar rəqqas çıxış edəcək. Konsertdə Dj Roşkanın da çıxışı gözlənilir.

0
12