Boşanma xəbəri yayılan aparıcı Samirə danışdı

Boşanma xəbəri yayılan aparıcı Samirə danışdı

“Bayaqdan telefonlarım susmur”.

Bu gün mətbuatda ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı, “Xəbərlər” proqramının keçmiş aparıcısı Samirə Mustafayevanın boşanması xəbərləri yayılıb.

Oxu.Az-ın əməkdaşı bununla bağlı tanınmış və sevilən teleaparıcı ilə əlaqə saxlayıb.

“Bayaqdan telefonlarım susmur. Bu barədə danışmaq istəmirəm. Bu, mənim şəxsi həyatımdır. Şəxsi məsələrlə bağlı heç kimə açıqlama vermək iqtidarında deyiləm.

Boş-boş xəbərlərdir. Belə bir şey yoxdur. Yayılan mənasız dedi-qoduya qoşulmaq niyyətində deyiləm”, - deyə Mustafayeva açıqlama verib.

Aytən Sadıqzadə

0
63