Azərbaycanda ən ucuz və keyfiyyətli avtomobil təkərlərini haradan almaq olar?

Azərbaycanda ən ucuz və keyfiyyətli avtomobil təkərlərini haradan almaq olar?

Tire.Az bu gün öz xidmət çeşidlərini genişləndirməkdədir.

Bu gün Azərbaycanın avtomobil bazarında xeyli sayda müxtəlif şirkətlər yeni avtomobil modellərini satışa çıxarırlar.

Əgər bazarda sərfəli qiymətə yeni avtomobil tapmaq o qədər də çətin deyilsə, həmin avtomobilin istismar müddətinə sıradan çıxmış ehtiyat hissələrinin, xüsusilə də təkərlərinin dəyişdirilməsi bir çox hallarda sürücülər üçün problemlər yaradır.

Keyfiyyətsiz ehtiyat hissələrindən uzaq durmaq, ucuz və sərfəli qiymətə axtardığını tapmaq istəyən müştəri bəzən bu işə bir neçə gün də sərf edir.

Oxu.Az xəbər verir ki, Azərbaycanda bir neçə gün əvvəl fəaliyyətə başlamış Tire.Az saytının yaradılmasının əsas məqsədi də müştərilərin axtarışlarını asanlaşdırmaq, onları keyfiyyətli və münasib qiymətlə yeni təkərlərlə təchiz etməkdir.

Qısa bir müddətdə keyfiyyətli xidməti ilə geniş müştəri auditoriyası qazanan Tire.Az bu gün öz xidmət çeşidlərini genişləndirməkdədir.

Belə ki, Tire.Az-dan təkər alan müştərinin ödədiyi məbləğə, həmçinin həmin təkərin dəyişdirilməsi, balans olunması da daxildir. Digər şirkətlərdə bu kimi xidmətlərə görə əlavə ödəniş tələb olunsa da, Tire.Az bu xidmətləri müştərilərinə pulsuz təqdim edir.

Tire.Az-ın təqdim etdiyi qiymətlər bütün müştəri kateqoriyalarını əhatə etməyə imkan verir.

Onu da qeyd edək ki, Tire.Az bu gün “Kama”, “Rotalla”, “Syron”, “Nexen”, “Kumho”, “Dunlop”, “Bridgestone”, “Continental”, “Sunfull”, “Michelin” kimi şirkətlərin məhsullarını azərbaycanlı alıcıya təqdim edir.

Ətraflı məlumatı www.tire.az saytından, eləcə də (055) 404 99 99 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

0
241