ATV-nin əməkdaşlarını döydülər – VİDEO + YENİLƏNİB

ATV-nin əməkdaşlarını döydülər – VİDEO + YENİLƏNİB

DİN məlumat yaydı.

Daxili İşlər Nazirliyi (DİN) ATV telekanalının əməkdaşlarının döyülməsi faktı ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 4-də saat 19.00 radələrində ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı” yeməkxanasında oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib.

Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar.

Toplanmış material rayon prokurorluğuna göndərilib.

09.40

ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin əməkdaşları hücuma məruz qalıb.

Oxu.Az xəbər verir ki, çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olub.

Restoran sahibi aparıcı Azər İsmayılov və verilişin əməkdaşlarını təhqir edərək onları məkandan zorla uzaqlaşdırıb.

Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb. 

Qeyd edək ki, “Yoxlama” verilişi Rusiya teleməkanında yayımlanan məşhur “Reviozzor” şousunun yerli analoqudur və istehlakçıların hüquqlarının müdafiəsinə yönəlib.

0
89