ATV-nin tanınmış cütlüyü ayrılır? - İDDİA

ATV-nin tanınmış cütlüyü ayrılır? - İDDİA

 ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı Samirə Mustafayeva yollarını ayırıb.

Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, cütlük boşanma ərəfəsindədir. Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar. 

Məsələ ilə bağlı Lent.az-a danışan S.Mustafayeva yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Bunlar hamısı boş şeylərdi. Şəxsi həyatım barədə  danışmaq istəmirəm".

"Xatırladaq ki, ATV-də  "Xəbərlər" proqramının aparıcılığını edən S.Mustafayeva bir müddət öncə telekanaldakı işindən ayrılıb. O, açıqlamasında bundan sonra özünü başqa sahədə sınayacağını bildirib.

Qeyd edək ki, Vaqif Aydınoğlu və Samirə Mustafayeva 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Nuran adlı bir qız övladı dünyaya gəlib.

0
361