Əbülfəs Qarayev: Cəbhədəki vəziyyət turizmin inkişafına təsir göstərməyib

Əbülfəs Qarayev: Cəbhədəki vəziyyət turizmin inkişafına təsir göstərməyib

“Azərbaycan turistlər üçün təhlükəsiz ölkədir”.

Cəbhədə yaşanan gərginliklə bağlı Azərbaycana gələn turistlərin sayında heç bir dəyişiklik olmayıb.

Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən “Turizm və Səyahətlər” sərgisində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir hesab edir ki, cəbhədə Ermənistanın bu gərginliyi yaratmaq niyyətləri məhz Azərbaycanın normal iqtisadi fəaliyyətini pozmaqdan ibarətdir.

“Azərbaycan turizmi bu bədnam qonşuların addımlarına öz davamlı və qətiyyətli cavabını verir”, - deyə nazir əlavə edib.

Nazir, həmçinin bildirib ki, Azərbaycan turistlər üçün həm təhlükəsiz, həm qonaqpərvər, həm də iqtisadi rəqabətədavamlı bir ölkədir.

“Heç bir addım Azərbaycanın turizm inkişafının qarşısını ala bilməz”, - deyə Ə.Qarayev qeyd edib.

Ülviyyə R. Əli

0
18