Azərbaycanda məhbus öldü

Azərbaycanda məhbus öldü

İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.

Azərbaycanda məhkum dünyasını dəyişib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Müəssisədə cəza çəkən, Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Bahəddin Mahamarəsul oğlu İsmayılov vəfat edib. 

Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, B. İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.

0
13