Prodüser Tolik özünə ad günü keçirir:"Ailəm, övladım yoxdur, amma..."

Prodüser Tolik özünə ad günü keçirir:"Ailəm, övladım yoxdur, amma..."

Bu gün prodüser Tarix Əliyevin (Tolik) doğum günüdür. Lent.az-ın məlumatına görə, tanınmış prodüser bu münasibətlə sabah paytaxt məkanlarının birində ziyafət təşkil edəcək. Özəl gününə say-seçmə dostlarını dəvət edən Tolik doğum günündə təəəsüratlarını bu cür dilə gətirdi: “Bu gün 37 yaşıma çatıram. Hər kəsə təşəkkürümü bildirmək istəyirəm ki, məni olduğum kimi qəbul edirsiniz. İnsan həyatda özünə çox şey arzulayır. Şükür Allaha ki, arzuladığım çox şey həyata keçib, kiçik hissəsi qalıb. Heç vaxt milyonçu olmaq, təyyarə almaq istəməmişəm. Valideynlərimin və özümün can sağlığını, məni istəyən dostlarımın olmasını arzulamışam. Baxmayaraq ki, ailəm, övladım yoxdur, amma sevənlərim var. Onlar mənim ailəm kimidirlər”.


Qeyd edək ki, Tarix Əliyev 1979-cü ildə Bakı şəhərində anadan olub. Bir dəfə ailəli olub, boşanıb. Şou-biznesdə ilk olaraq əməkdar artist Röya ilə çalışıb. Bundan başqa xalq artisti Aygün Kazımova, Rəqsanə İsmayılova, Sevda Yahyayeva və digər tanınmışarla işbirliyində olub. Hazırda Sevil və Sevinc Səfərova bacıları və Elton Hüseynəliyevlə işləyir. Dağıstan Respublikasının “əməkdar incəsənət işçisidir”.

0
19