Türkiyədə ağır qəza: 14 ölü, 26 yaralı

Türkiyədə ağır qəza: 14 ölü, 26 yaralı

Ölənlər arasında altı uşaq var.

Türkiyənin cənubunda ekskursiya avtobusu qəzaya uğraması nəticəsində 14 nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yazıb.

Hadisə məktəblilərin Osmaniye şəhəri yaxınlığında Karatepe qalasından ekskursiyadan qayıdarkən baş verib.

Xüsusi xidmət orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, sürücü idarəetməni itirib, nəticədə avtobus körpüdən su kanalına düşüb.

İlkin məlumata görə, ölənlər arasında altı uşaq var.

Daha öncə Bolqarıstanda uşaq futbol komandasının olduğu avtobus qəzaya uğramışdı. 

0
11