“İnter” yenə satıldı

“İnter” yenə satıldı

Avropanın daha bir köklü klubunun hissələri satılıb. Apasport.az saytının məlumatına görə, Çinin "Suning Group" şirkəti Milan "İnter"inin səhmlərinin 70 faizinə sahib olub.

Bu barədə xəbəri şirkətin sahib olduğu digər klub - "Tsyansu Sanin"nin tvitter səhifəsi yayıb.

Sabah şirkət rəhbərliyinin məsələylə bağlı mətbuat konfransı təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, hazırda "İnter"in əsas sahibi indoneziyalı iş adamı Erik Tohirdi. İş adamı klubun səhmlərinin 70 faizinə sahibdir.

0
13