“Baykonur”da yanğın, 230 nəfər təxliyə olundu

“Baykonur”da yanğın, 230 nəfər təxliyə olundu

Qazaxıstanın paytaxtı Astanada 24 mərtəbəli “Baykonur” yaşayış kompleksində yanğın baş verib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentlə əlaqədar binanın 230 sakini təxliyə olunub.


İki nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Onlara müvafiq tibbi yardım göstərilib. Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbləri barədə məlumat verilmir.

0
18