Belçikada iki qatar toqquşdu: 3 ölü, 40 yaralı

Belçikada iki qatar toqquşdu: 3 ölü, 40 yaralı

Belçikada sərnişin qatarı ilə yük qatarı toqquşub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Lyej şəhəri yaxınlığında baş verən qəza nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb.

Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir. Hadisə yerində çoxlu sayda tibbi yardım briqadaları və xilasedicilər işləyir.

0
14