Əfqanıstanda amerikalı jurnalist öldürüldü

Əfqanıstanda amerikalı jurnalist öldürüldü

Əfqanıstanda ABŞ Milli İctimai radiosunun (NPR) əməkdaşı Devid Cilki həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Gilmənd əyalətində baş verib.

Əfqanıstanda fotomüxbir qismində çalışan D.Cilki ilə birgə onun tərcüməçisi, yerli sakin də ölüb. İlkin məlumata əsasən, amerikalı jurnalist Əfqanıstan hərbçiləri ilə birgə pusquya düşüb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

0
21