Somalidə qadın jurnalist güllələndi

Somalidə qadın jurnalist  güllələndi

Somalinin paytaxtı Moqadişo şəhərində dövlət radiosunun əməkdaşı Saqal Osman öldürülüb.


 APA-nın "AP" agentliyinə istinadən verdiyi məlumata görə, qadın jurnalist şəhərin Hodon adlı bölgəsində yerləşən universitetin yaxınlığında güllələnib.

 
Cinayətkarlar hadisə yerindən qaçıb. Saqal Osman dövlət radiosunda prodüser və aparıcı vəzifələrində çalışırmış. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

0
18