Polşada NATO-nun irimiqyaslı təlimləri başlayır

Polşada NATO-nun irimiqyaslı təlimləri başlayır

Bu gün Polşada NATO-nun “Anakonda” adlı təlimləri başlayır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Polşa tarixində ən irimiqyaslı təlimlərdə 24 ölkədən 31 min hərbçi iştirak edəcək.

Onlardan 12 mini Polşa, 10 min ABŞ, 1000-ə yaxın isə Böyük Britaniya hərbçiləridir. Təlimlərə 3 min ədəd hərbi texnika,  o cümlədən tanklar, zirehli texnika, yüzdən çox təyyarə və helikopter, 12 hərbi gəmi cəlb olunacaq. Qeyd olunur ki, təlimlər Polşanın bütün hərbi poliqonlarını əhatə edəcək.

0
23