Daha bir futbolçu “Fənərbaxça”nı İtaliyaya dəyişdi

Daha bir futbolçu “Fənərbaxça”nı İtaliyaya dəyişdi

Müqaviləsi başa çatdıqdan sonra “Fənərbaxça” ilə yollarını ayıran portuqaliyalı müdafiəçi Bruno Alveş karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbolçu “Kalyari” ilə razılığa gəlib.

Artıq bu gün tərəflər arasında müqavilə imzalanıb.

“Kalyari” bu mövsüm İtaliya B Seriyasını ikinci pillədə başa vuraraq A Seriyasına vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl “Fənərbaxça”nın digər müdafiəçisi Caner Erkin də başa çatan müqaviləsini artırmamış və “İnter”lə anlaşmışdı.

0
31