İŞİD yaraqlıları 19 qızı diri-diri yandırdılar

İŞİD yaraqlıları 19 qızı diri-diri yandırdılar

Onları xilafət yaraqlılarının kənizləri olmaqdan imtina etdikəri üçün öldürüblər.

“İŞİD” terror qruplaşmasının yaraqlıları Mosulda kürd mənşəli 19 qızı edam ediblər, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Kürdüstan Vətənpərvərlər İttifaqının tibb mərkəzindən yerli fəallardan biri – Abdulla əl-Məlluya istinadən bildiriblər ki, iyunun 2-də İŞİD yaraqlıları Mosulun mərkəzində 19 kürd qızın olduğu qəfəslər quraşdırıblar və onları yüzlərlə insanın gözü qarşısında yandırıblar.

Onun sözlərinə görə, qızları xilafət yaraqlılarının kənizləri olmaqdan imtina etdikləri üçün öldürüblər.

0
27