Qazaxıstanda 4 silahlı məhv edildi, 7 nəfər saxlanıldı

Qazaxıstanda 4 silahlı məhv edildi, 7 nəfər saxlanıldı

Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev bəyan edib.


“Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri  davam etdirilir”, deyə DİN rəsmisi bildirib.


Qeyd edək ki, bu gün Qazaxıstanın Aktobe şəhərində “Pallada” silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi hücuma məruz qalıb. Atışma nəticəsində 6 nəfər ölüb.  Şəhərdə antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.

0
19