Roma Papası iki yeni müqəddəsin adını açıqladı

Roma Papası iki yeni müqəddəsin adını açıqladı

Elizabet Hesselblad İkinci Dünya müharibəsi zamanı xeyli sayda yəhudinin həyatını xilas edib.

Roma Papası Fransisk iki xristian rahibini müqəddəslər pilləsinə yüksəldib, Catholic news agency nəşri məlumat verir.

Onlardan biri isveçli rahibə Elizabet Hesselbladdır. O, İkinci Dünya müharibəsi zamanı xeyli sayda yəhudinin həyatını xilas edib, həmçinin Romada katolik kilsə icmasının əsasını qoyub.

Müqəddəslik pilləsinə yüksələn ikinci rahib isə Polşada Marian atalarının ilk Ordeninin əsasını qoyan Stanislav Papçinskidir. 

0
21