Təzə gəlinin dişlərini sındırıb ağzına ilan soxdular - AİLƏDAXİLİ İŞGƏNCƏ

Təzə gəlinin dişlərini sındırıb ağzına ilan soxdular - AİLƏDAXİLİ İŞGƏNCƏ

Türkiyənin Ərzincan vilayətində ərin həyat yoldaşına verdiyi dəhşətli işgəncələr ölkədə gündəm yaradıb. Lent.az-ın “İxlas” xəbər agentliyinə istinadən məlumatına görə, sacları kökündən qoparılan, ağaca bağlanıb kəlbətinlə dırnaqları çıxarılan, ayaqları sındırılan, uzun müddət ac saxlanılan 30 yaşlı qadın Antalyadakı xəstəxanalardan birinə yerləşdirilib. Məlum olub ki, 30 yaşlı bu qadın 8 ay əvvəl ailə həyatı qurub və daha sonra həyat yoldaşı ilə birgə Ərzincanın Tercan rayonunun Bağpınar kəndinə köçüb. Burada bir müddət sakit ortamda davam edən ailə həyatı 3 ay əvvəl cəhənnəmə dönüb. Əri və ailəsi tərəfindən ağlasığmaz işgəncələrə məruz qalan qadın bir neçə gün əvvəl özünü kənd muxtarının həyətinə yetirməyi bacarıb və muxtarın oğlu qadının vəziyyəti ilə bağlı polisə xəbər verib.

30 yaşlı qadın ifadəsində üzləşdiyi dəhşətli işgəncələrdən bəhs edib. Məlum olub ki, onun dırnaqları kəlbətinlə çıxarılıb, süründürülməkdən saçları dibindən qopub, hətta əlləri və ayaqları bağlandıqdan sonra evin gəlininin ağzına diri ilan salaraq ona iztirab yaşadıblar.

İlkin müayinə zamanı qadının bədənində onlarla sınıq və küt travma aşkarlanıb, onun dişlərinin sındırıldığı, ciddi psixoloji zədə aldığı üzə çıxıb.

Qadının həyat yoldaşı artıq həbs edilib.

0
16