Maşın bazarında yanğın - VİDEO

Maşın bazarında yanğın - VİDEO

Hadisə yerinə yanğın söndürən maşınlar cəlb olunub.

Badamdarda yerləşən maşın bazarında yanğın hadisəsi baş verib.

Oxu.Az BAKU.WS-ə istinadən məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Görüntülərdən aydın olduğu kimi bazarı tüstü bürüyüb. Kadrlarda yanğının miqyasının böyük olduğu müşahidə edilir. 

Yanğın bazarın maşınlar olmayan hissəsində, otluq ərazidə qeydə alınıb. 

Yanğın zamanı avtomobillərə ziyan dəyməyib. 

Hadisə yerinə yanğın söndürən maşınlar cəlb olunub və yanğının qarşısı alınıb.

0
18