Obama, Klinton və Trampdan Məhəmməd Əliyə vida mesajı

Obama, Klinton və Trampdan Məhəmməd Əliyə vida mesajı

Dünən vəfat edən əfsanəvi boksçu Məhəmməd Əli ilə bağlı tanınmış şəxslər başsağlığı verib. Lent.az-ın məlumatına görə, ABŞ prezidenti Barak Obama 74 yaşlı boksçunun ölümü ilə bağlı sosial şəbəkədəki səhifəsində onun 1965-ci ildə Soni Listonla döyüşünün videosunu paylaşıb və bu sözləri yazıb: “O, dünyanı sarsıtdı və dünyanı daha yaxşı bir yerə çevirdi. Nur içində yat, çempion!”

ABŞ-ın sabiq prezidenti Bill Klinton da əfsanəvi idmançı ilə bağlı tvitterdə yazıb: “Sağ ol, dostum. Hər mənada mükəmməl insan idin”.

Bildirilir ki, boksçunun dəfn mərasimində Bill Klinton çıxış edəcək.

Bu arada bu il ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək Donald Tramp da tvitterdə başsağlığı mesajı yayıb. Lakin bəzi insanlar Trampın müsəlmanlara qarşı məlum çıxışlarını xatırladaraq onu ikiüzlülükdə ittiham edib və qeyri-səmimilikdə günahlandırıb.

Qeyd edək ki, D.Trampla Məhəmməd Əlinin münasibətinin tarixi 35 il əvvələ gedib çıxır. Hətta 2005-ci ildə D.Tramp ikinci dəfə evlənərkən əfsanəvi boksçu onun toyuna da gedib.

0
50