Rusiya Azərbaycanda zirehli texnikaların təmiri üzrə xidmət mərkəzi layihəsini təqdim edəcək

Rusiya Azərbaycanda zirehli texnikaların təmiri üzrə xidmət mərkəzi layihəsini təqdim edəcək

Layihə MDB bazarı üçün nəzərdə tutulub.

Rusiya payızda Azərbaycanda keçiriləcək “ADEX 2016” beynəlxalq müdafiə sənayesi sərgisində zirehli texnikaların təmiri üzrə xidmət mərkəzinin layihəsini təqdim etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində Rusiya “Uralvaqonzavod” ASC-sinin baş direktoru Oleq Siyenko məlumat verib.

“Biz payızda Azərbaycanda keçiriləcək sərgidə hazırda xüsusi olaraq MDB bazarı üçün hazırladığımız zirehli texnikaya qulluq və onların təmiri üzrə xidmət mərkəzi layihəsini nümayiş etdirəcəyik”, - deyə zavodun baş direktoru bildirib.

O, həmçinin MDB ölkələri bazarına yeni texnika tədarükünün artacağını əlavə edib.

0
17