6 nəfərin öldüyü qəzadan sarsıdıcı GÖRÜNTÜLƏR

6 nəfərin öldüyü qəzadan sarsıdıcı GÖRÜNTÜLƏR

Bu gün Türkiyədə 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Lent.az “Doğan” informasiya agentliyinə istinadən xəbər verir ki, Diyarbakır-Şanlıurfa yolunda mikroavtobusun aşması nəticəsində hamısı bir ailənin üzvü olmaqla 6 nəfər ölüb, daha 4 nəfər isə ağır xəsarət alıb. Ölənlərdən 3-ü azyaşlıdır.

Bildirilir ki, qəzaya düşən ailə bir müddət əvvəl Hakkarinin Yüksəkova qəsəbəsindən küçəyə çıxmaqla bağlı qadağaya görə köçübmüş və bu gecə geri qayıdırlarmış.

İlkin araşdırma zamanı məlum olub ki, mikroavtobusu idarə edən 24 yaşlı Sadiq Salar yolda yuxulayıb və sürətlə hərəkət edən nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Hadisə yerindən çəkilmiş bəzi fotoları təqdim edirik.

0
12