İŞİD Hələbdə 40 nəfəri öldürüb, Mosulda 19 yaşı qız edam edilib

İŞİD Hələbdə 40 nəfəri öldürüb, Mosulda 19 yaşı qız edam edilib

Suriyanın Hələb şəhərinin ayrı-ayrı məhəllələrinin son bir neçə saat ərzində terrorçular tərəfindən atəşə tutulması nəticəsində 40 nəfərdən çox mülki şəxs həlak olub. Lent.az-ın Report-a istinadən məlumatına görə, yaşayış məskənlərinin aramsız atəşə tutulması nəticəsində yüzlərlə mülki sakin yaralanıb. Terrorçular şəhərin yaşayış məhəllələrinə ən azı 50 zərbə endirib.

Ən güclü atışmalar şəhərin Əl-Həmdaniyə, Seyf əd-Daul, Ər-Ramus və Əs Süleymaniyə rayonlarında müşahidə olunur.

Bundan başqa İŞİD terror qruplaşmasının üzvləri İraqın Mosul şəhərində 19 kürd əsilli qızı sakinlərin gözləri qarşısında edam edib. Bu barədə Kürdüstan Vətənpərvərlər İttifaqının media mərkəzinə yerli fəal Abdulla əl-Malla xəbər verib.

Məlumata görə, İŞİD terrorçuları Mosul şəhərinin mərkəzindəki meydanlardan birində dəmir qəfəslər quraşdırıb və yüzlərlə insanın gözləri qarşısında 19 kürd əsilli qızı yandıraraq edam ediblər.

"Onlar xilafətin yaraqlılarına qul olmaqdan imtina etdiyinə görə cəzalandırılıblar" – deyə Abdulla əl-Malla bildirib.

Şahidin sözlərinə görə, qızları ağır edamdan xilas etmək üçün heç kim heç nə edə bilməyib.

0
10