AÇ-2016: Xorvatiyadan Türkiyəyə şad xəbər

AÇ-2016: Xorvatiyadan Türkiyəyə şad xəbər

Xorvatiya millisi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, balkanlıların müdafiəçisi Vedran Çorluka sıradan çıxıb.

San Marino ilə yoldaşlıq görüşü öncəsi isinmə hərəkətləri zamanı zədələnən futbolçu matçın iştirak ərizəsindən çıxarılıb.

Oyunda iştirak etməyən Çorlukanın hansı müddətə geri dönəcəyi məlum deyil. İlkin ehtimallara görə, təcrübəli oyunçu “şahmatçılar” Avropa çempionatında ayın 12-də baştutacaq Türkiyə ilə ilk matçı buraxacaq.

Qeyd edək ki, Xorvatiya - San Marino oyunu 10:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

0
9