Peskov: Rusiya həm Bakı, həm də İrəvan ilə dostdur

Peskov: Rusiya həm Bakı, həm də İrəvan ilə dostdur

“Vəziyyət dayanıqlı olmaqdan çox uzaqdır”.

Dağlıq Qarabağda vəziyyət dayanıqlı olmaqdan çox uzaqdır və Moskva münaqişənin tənzimlənməsi üzrə işi dayandırmaq niyyətində deyil. 

Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Sözsüz ki, vəziyyət dayanıqlı olmaqdan hələ uzaqdır, ona görə də əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz və heç kim bunu etməyə hazırlaşmır”, - Peskov jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, Moskva Dağlıq Qarabağda münaqişənin kəskinləşməsinin başlanğıcından onun tənzimlənməsi üçün səy göstərir və göstərəcək. 

“Rusiya həm İrəvan, həm də Bakı ilə mehriban tərəfdaş münasibətləri saxlayaraq bu münasibətləri həm ikitərəfli, eyni zamanda beynəlxalq mexanizmlər çərçivəsində işləyərək bu şəraiti yaratmağa çalışır”, - prezidentin mətbuat katibi bildirib. 

O, atəşin dayandırılması məqsədi ilə müxtəlif səviyyələrdə böyük operativ iş aparıldığını  vurğulayıb.

“Rusiyanın bu səyləri artıq prosesin işitrakçıları tərəfindən qeyd edilib. Əlbəttə, Moskva öz vasitəçilik xəttini davam edəcək”, - Peskov əlavə edib. 

O həmçinin etiraf edib ki, təmas xəttində vəziyyətin kəskinləşməsi Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində geriyə addım rolunu oynayıb. 

“Çünki bu qaynar qarşıdurmaların bərpasına qədər tənzimlənmə istiqamətində müsbət addımlar atılmışdı. İndi təəssüf ki, geriyə dönüş oldu, bəzi irəliləyişlərə yenidən nail olmaq gərək olacaq”, - prezidentin mətbuat katibi bildirib. 

0
31