Almaniya "Ağ kitab"ı yeniləyəcək - Rusiyanın statusu ləğv edilir

Almaniya "Ağ kitab"ı yeniləyəcək - Rusiyanın statusu ləğv edilir

Almaniya 2006-cı ildən sonra ilk dəfə hökumətin milli təhlükəsizlik siyasətinin əsaslandığı “Ağ kitab”ı yeniləyəcək.

APA-nın “Die Welt” nəşrinə istinadən verdiyi məlumata görə, kitabda əsas dəyişikliklərdən biri Rusiyanın tərəfdaş statusunun dəyişdirilməsi, bu ölkənin Almaniyanın rəqibi qismində əksini tapması olacaq.

Almaniya Müdafiə Nazirliyinin hazırladığı 80 səhifəlik sənəddə qeyd edilib ki, Moskva öz maraqlarını güc vasitələri ilə həyata keçirməyə və özbaşına beynəlxalq hüquqla qorunan sərhədləri dəyişdirməyə çalışır. Buna görə də Rusiya “Soyuq Müharibə”dən sonra Avropada sülh və təhlükəsizlik üçün təhdidə çevrilib. Sənəddə vurğulanıb ki, Rusiya kursunu dəyişməsə, gələcəkdə Avropada təhlükəsizlik üçün təhdid olaraq qaralacaq.

Sənəddə ümumilikdə Almaniya üçün 10 təhdid sadalanıb. Bu sırada beynəlxalq terrorizm, radikal millətçilik, miqrasiya məsələsi və əhalinin sayının artması ilə bağlı epidemiya riski də yer alıb. Ağ kitab yeni redaksiyada yay tətilinə qədər Nazirlər Kabinetinə təqdim edilməli və təsdiqlənməlidir.

0
17