Mourinyonun klubu 40 milyon avroya futbolçu aldı

Mourinyonun klubu 40 milyon avroya futbolçu aldı

Bir neçə gün öncə Joze Mourinyoyla anlaşan "Mançester Yunayted" müdafiə xəttini gücləndirmək yönündə fəaliyyətə başlayıb. Apasport.az saytının məlumatına görə, artıq “mankunianlar” bir futbolçunun keçidini böyük ölçüdə həll ediblər.

İspaniyanın AS nəşrinin yaydığı xəbərdə "qırmızı şeytanlar"ın Erik Bertran Baillinin keçidiylə bağlı futbolçunun məxsus olduğu "Vilyarreal" rəhbərliyilə böyük ölçüdə razılığa gəldiyi qeyd edilib.

İngilislər 22 yaşlı müdafiəçinin keçidi üçün 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, bir müddət öncə "Barselona" və "Lester"in də Fil Dişi Sahili millisinin üzvüylə maraqlanması barədə xəbər yayılmışdı.

0
10