23 ildən sonra köçkünlər öz doğma kəndlərində - FOTO

23 ildən sonra köçkünlər öz doğma kəndlərində - FOTO

Onlar qohumlarının ruhuna dualar oxuyublar.

Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi kəndə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyub. 

Oxu.Az xəbər verir ki, Report-un  məlumatına görə, Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.

22 il əvvəl Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan, azərbaycanlı mülki əhalinin yaxınlaşması mümkün olmayan (Lələ Təpə yüksəkliyinin erməni işğalçılarının nəzarəti altında olması səbəbindən) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.

0
24