Kastro ABŞ-ı tənqid etdi

Kastro ABŞ-ı tənqid etdi

Kuba heç vaxt Amerika Dövlətləri Təşkilatına üzv olmayacaq. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Karib hövzəsi ölkələrinin sammitində çıxışı zamanı Kubanın lideri Raul Kastro deyib.

Kastro mənzil-qərargahı Vaşinqtonda yerləşən Amerika Dövlətləri Təşkilatının imperialist hökmdarlığının aləti olduğunu bildirib.

Qeyd edək ki, soyuq müharibə dövründə Kuba ABŞ-ın təkidi ilə təşkilatdan xaric edilmişdir.

Kastronun sərt mövqeyi ADT-nin Venesuelaya dair tənqidinə reaksiya olub.   

Venesuelanın təşkilatda üzvlüyü dayandırıla bilər.

Kastro Venesuela xalqı və prezidenti Nikolas Maduro ilə həmrəy olduğunu bildirib.

Maduro ABŞ-ı region ölkələrinə təzyiq göstərməkdə günahlandırıb. O hesab edir ki, ABŞ Venesuelanı təcrid etməyə çalışır.     

Venesuelada neftin qiymətinin aşağı düşməsinin səbəb olduğu kəskin ərzaq çatışmazlığı, yüksək inflyasiya və gəlirlərin azalması fonunda  vəziyyət kritik həddə çatıb.

0
8