Mikayıl Müşfiq – 108

Mikayıl Müşfiq – 108

Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.

Bu gün azərbaycanlı şair Mikayıl Müşfiqin doğum günüdür.

Oxu.Az xəbər verir ki, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub.

Mikayıl Müşfiq əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

1930-50-ci illərdə ölkəni bürüyən repressiyalar zamanı təqib və böhtanlara məruz qalaraq, gənc yaşında həbs edilib. Bir çox ziyalılarımız kimi “xalq düşməni” damğası ilə 1938-ci il yanvarın 6-da güllələnib.

Əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və qəsəbəyə adı verilib.

0
16