Bakıda beynəlxalq sərgi keçirilir

Bakıda beynəlxalq sərgi keçirilir

Tədbirdə nazirin iştirakı gözlənilir.

Bu gün Bakıda ənənəvi beynəlxalq “Turizm və Səyahətlər” sərgisi (“AİTF-2016”) keçirilir. 

Oxu.Az xəbər verir ki, sərginin rəsmi açılış mərasimi saat 15:00-da baş tutacaq.

“İteca Caspian” şirkətindən əldə etdiyimiz məlumata görə, sərginin rəsmi açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirakı gözlənilir. 

Qeyd edək ki, “AİTF-2016”da 40-dək ölkədən rəngarəng turizm istiqamətlərini təqdim edəcək 200-dən çox şirkət iştirak edəcək.

Ülviyyə R. Əli 

0
13