Niderland "erməni soyqırımı"nı tanımayacaq

Niderland "erməni soyqırımı"nı tanımayacaq

Niderland baş nazirinin müavini Lüdovik Aşer bildirib ki, krallıq 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımayacaq.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Lüdovik Aşer radio proqramında çıxışı zamanı qeyd edib ki, Niderland krallığı,  2004-cü ildə parlamentin qəbul etdiyi qərara uyğun olaraq,  qeyd olunan məsələ ilə bağlı "problem" ifadəsini işlətməkdə davam edəcək.

Qeyd edək ki, iyunun 2-də Almaniya parlamenti 1915-ci il hadisələrini uydurma "erməni soyqırımı" kimi tanıyan qətnamə qəbul edib.

0
19