Əfsanəvi boksçunun dəfn tarixi bəlli oldu

Əfsanəvi boksçunun dəfn tarixi bəlli oldu

İyunun 3-də 74 yaşında vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əli iyunun 10-da ABŞ-ın Luisvill şəhərində (Kentukki ştatı) dəfn olunacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə boksçunun ailəsinin nümayəndəsi bildirib.  

Məlumata görə, məşhur boksçunun dəfn mərasimi onunla vidalaşmaq istəyən hər kəs üçün açıq olacaq.   

Qeyd edək ki, bundan əvvəl  Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb. Xəbər verildiyi kimi, məşhur boksçu  naməlum təbii səbəbdən baş vermiş septik şokdan dünyasını dəyişib.

Bir neçə gün öncə Arizonada xəstəxanaya yerləşdirilən boksçu iyunun 3-də ağciyər çatışmazlığından dünyasını dəyişib.

Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, əsl adı Kassius Kley olan məşhur idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını götürüb. Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə - 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və yalnız 5 görüşdə məğlub olub.

0
14