Banqladeşli tələbəni ateist görüşlərinə görə öldürdülər

Banqladeşli tələbəni ateist görüşlərinə görə öldürdülər

“O, dini ekstremizmə qarşı çıxış edirdi”.

Banqladeşli hüquqşunas-tələbə Nazimuddin Səməd ateist baxışlarını etiraf etdikdən sonra ölkənin paytaxtı Dakkada öldürülüb. 

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, 28 yaşlı Səməd sekulyarizm ideyalarını dətəkləyən fəallar qrupunun təsisçilərindən olub.

Polisdən bildirilib ki, gənc adama qılıcla zərbə endirildikdən sonra güllə ilə də vurublar. 

Polis hələlik nə şübhəlilərin adını, nə də ki cinayətin motivlərini açıqlamayıb.

Məlumdur ki, Səməd dini ekstremizmə qarşı mütəmadi olaraq öz Facebook səhifəsində çıxış edirdi.

Sosial şəbəkədə Dini görüşlər bəndində “Dinim yoxdur” deyə qeyd edib.  

0
18