Türkiyə İranda 7 elektrik stansiyası tikəcək

Türkiyə İranda 7 elektrik stansiyası tikəcək

Türkiyənin “Unit International” enerji şirkəti İranın Energetika Nazirliyi ilə əldə etdiyi razılaşmaya əsasən İslam Respublikası ərazisində ümumi dəyəri 4,2 mlrd dollar olan 7 qaz elektrik stansiyası inşa edəcək.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ümumi gücü 6,020 MBt təşkil edəcək elektrik stansiyaları İranın yeddi bölgəsində inşa olunacaq.

Saziş iyunun 1-də Tehranda imzalanıb.

“Unit International” enerji şirkətinin rəhbəri Unal Aysal bildirib ki, inşa olunacaq elektrik stansiyaları İranın elektrik enerjiyə olan tələbatının 10 faizini ödəyəcək.

Stansiyaların inşasına 2017-ci ilin birinci rübündə başlanılması planlaşdırılır.  

0
12