Şəmkirdə çempion “Şah” oldu!

Şəmkirdə çempion “Şah” oldu!

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirində sonuncu – IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yekun turu təmsilçilərimiz üçün uğurla nəticələnib.

Belə ki, milli komandamızın lideri Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Qiriyə qalib gələrək liderliyə yüksəlib.

Digər şahmatçılarımızdan Rauf Məmmədov çinli Hou Yifana, Eltac Səfərli isə Hindistan təmsilçisi Pentala Harikrişnaya qalib gəlib. Teymur Rəcəbov isə ənənəsinə sadiq qalaraq ukraynalı Pavel Elyanovla sülhə razılaşıb.

Son tura qədər turnirin lideri olan Fabiano Karuana isə Sergey Karyakinlə heç-heçə oynayaraq Şəhriyar Məmmədyarovla tay-brek oynamalı olub.

Liderlər arasındakı ilk iki partiya rapid matçı hərəyə bir qələbə ilə başa çatıb. Blits matçlarında isə millimizin lideri qalib gəlib - 2,5:1,5.

ShamkirChess 2016

IX tur

4 iyun

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Aniş Qiri (Hollandiya, 2790) – 1:0

Sergey Karyakin (Rusiya, 2779) - Fabiano Karuana (ABŞ 2804) – 0,5:0,5

Pentala Harikrişna (Hindistan, 2763) - Eltac Səfərli (Azərbaycan, 2664) – 0:1

Pavel Elyanov (Ukrayna, 2765) - Teymur Rəcəbov (Azərbaycan, 2726) – 0,5:0,5

Hou Yifan (Çin, 2663) - Rauf Məmmədov (Azərbaycan, 2655) – 0:1

Yekun cədvəl

Şəhriyar Məmmədyarov, Fabiano Karuana – 6; Qiri – 5,5; Karyakin – 5; Rauf Məmmədov – 4,5; Harikrişna, Rəcəbov, Səfərli – 4; Elyanov – 3,5; Hou Yifan – 2,5

Tay breklər

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Fabiano Karuana (ABŞ 2804) - 2,5:1,5 (1:1 iki partiya rapid, 1,5:0,5 iki partiya blits)

0
11