Miri Yusif: Mahnının sözlərini həyat yoldaşıma həsr etmişəm – FOTO

Miri Yusif: Mahnının sözlərini həyat yoldaşıma həsr etmişəm – FOTO

“Gah zülmət, gah bumbuz...”.

Bir neçə saat əvvəl populyar və sevilən müğənni Miri Yusif media nümayəndələrini başına toplayaraq mətbuat konfransı keçirdi.

Oxu.Az xəbər verir ki, ifaçının mətbuat və televiziya işçiləri ilə bugünki görüşünün səbəbi tanınmış rusiyalı DJ Matuya ilə ərsəyə gətirdiyi yeni klipi idi.

“Bomba kimi” adlanan mahnının sözləri Miri Yusifə aiddir. Mahnının bu cür adlanması isə DJ Matuyanın təklifi olub.

Müğənni mahnının maraqlı və qısaca yaranma tarixşəsindən danışdı:

“Matuya məndən söz yazmağımı istədi. Mən isə bunun bir həftə və ya bir neçə ay çəkə biləcəyini söylədim. Çünki bu yaradıcı işdir, ilhamın nə zaman gələcəyi bəlli deyil. Bir dəfə evdə oturmuşdum: bir yandan uşaqların səs-küyü, digər tərəfdən həyat yoldaşım deyinir... (gülür). Elə beləcə, bədahətən mahnının sözləri yarandı: “gah zülmət, gah bumbuz...”. Yeni bəstənin sözlərini həyat yoldaşıma həsr etmişəm (gülür)”.

Gələcək planlarından söz açan müğənni yaxın aylarda Röya Ayxanla yeni duetini təqdim edəcəyini də bildirdi.

İfaçı “2  aydan bir, yeni layihə təqdim edirəm. İşləməsəm, qaşınıram. 8 ildir ətrafımda olan peşəkar komanda var”,-deyə sözlərinə əlavə etdi.

DJ Matuya isə Miri Yusifdən əvvəl müğənni Nura Suriyə işbirliyi təklif etdiyini, lakin müsbət cavab almadığını dedi:

“Miri Yusifdən əvvəl Nura Suriyə yeni mahnı barədə təklif etdim, o, “yox” dedi. Lakin Miri Yusiflə birgə işbirliyimizdən sonra o, mənimlə yeni bəstə hazırlamaq istədiyini söylədi”.

“Bomba kimi” mahnısının klipini isə tanınmış və istedadlı rejissor Fərhad Əli lentə alıb.

Fərhad Əli Miri Yusifin xasiyyətinə və ifasına yaxşı bələd olduğu üçün onunla çalışmağın o qədər də çətin və kaprizli olmadığın vurğuladı.

Klipdə DJ Matuyanın təklifi ilə Rusiyadan dəvət olunmuş peşəkar rəqqasələr rol alıb.

Süjet xətti olmayan, pozitiv, enerji dolu, əsl yay əhval-ruhiyyəli klip bir neçə saatdan sonra “Baku Music Factory”nin rəsmi Youtube kanalında ixtiyarınıza veriləcək.

oktyabr ayına planlaşdırılır.

Aytən Sadıqzadə

0
8