“Aqrolizinq”in sədrinə töhmət verildi

“Aqrolizinq”in sədrinə töhmət verildi

Mərkəzi aparatda struktur dəyişikliyinin aparılması məqsədəuyğun hesab olunub.

“Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova töhmət verilib.

Oxu.Az xəbər verir ki, bu gün Kənd Təsərrüfatı Nazirliyində “Taxıl biçininin qısa müddətdə və itkisiz yığımının təşkili ilə bağlı qarşıda duran vəzifələr”ə həsr olunmuş respublika müşavirəsi keçirilib.

Nazir Heydər Əsədovun iştirakı ilə keçirilən müşavirədə “Aqrolizinq” ASC sədrinin müavininə şiddətli töhmət, həmçinin işdə ciddi nöqsanlara yol verdiyinə görə Bərdə, Ağsu, Oğuz, Ağcabədi, Şamaxı, Hacıqabul, Gədəbəy, Yevlax Aqroservis rəhbərlərinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib.

İşlərini günün tələblərinə uyğun qura bilmədiklərinə görə qurumun lizinq ödənişlərinin yığımı üzrə regionlarla iş üzrə sektorun 7 region üzrə ştat vahidi ləğv edilərək, mərkəzi aparatda struktur dəyişikliyinin aparılması məqsədəuyğun hesab olunub.

0
12