Suriya ordusu Rusiyanın dəstəyi ilə Rakkaya daxil oldu

Suriya ordusu Rusiyanın dəstəyi ilə Rakkaya daxil oldu

Əməliyyat zamanı hərbçilər strateji əhəmiyyətə malik Əbu əl-İlac kəndini ələ keçiriblər.

Suriya hökümət qüvvələri iyunun 4-də Rakka əyalətinin sərhədini keçərək İŞİD terror təşkilatının eyniadlı “paytaxtı”na yaxınlaşıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Suriya İnsan Hüquqları üzrə Rəsədxanasına istinadən Reuters agentliyi məlumat verir.

Agentliyin məlumatına görə, Suriya ordusu bu ərazilərə Rusiya Hərbi-Kosmik Qüvvələrinin dəstəyi ilə daxil olub. 

Hərbi mənbə Sputnik agentliyinə bildirib ki, əməliyyat zamanı hərbçilər Rakka əyalətində strateji əhəmiyyətə malik Əbu əl-İlac kəndini ələ keçiriblər. 

Hazırda ordu Rakka şəhərinin yaxınlığında yerləşən Ət-Tabka şəhərinə doğru irəliləyir.

0
18