“Hər günü son günün kimi yaşa..." - Rinqin Allahının HƏYAT DƏRSİ

“Hər günü son günün kimi yaşa..." - Rinqin Allahının HƏYAT DƏRSİ

Dünən 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əli müdhiş özgüvəni ilə özünə xas bir fəlsəfəni də geridə buraxdı. Məhəmməd Əlinin “Kəpənək kimi uç, arı kimi sanc” ifadəsini hər kəs bilir, bəs yerdə qalanları da bilirsinizmi?

Lent.az rinqin Allahının hər bir insanın həyatı üçün önəmli ola biləcək aforizmlərini təqdim edir:

“ Risk edəcək qədər cəsur olmayan biri həyatda heç nə qazanmaz”.

“50 yaşında ikən həyatı 20 yaşında gördüyü kimi görən biri, 30 ilini boşuna sərf etmiş kimidir”.

 “Ən böyük mənəm, bunu öyrənmədən əvvəl də belə  deyirdim”.

“Xəyal qurmağı bacarmayan birinin qanadları da yoxdur”.

“Sizi yoran dırmanacağınız dağ deyil, ayaqqabınızdakı daşdır”.

“Ağlınıza yaxşı bir cavab gəlmədiyində, səssizlik qızıldır”.

“Ağlım qavrayırsa, ürəyim inanırsa, bacara biərəm”.

“Hər günü son günün kimi yaşa, çünki bir gün həqiqətən elə olacaq”.

“Bu, sadəcə bir peşədir. Çəmənlər böyüyür, quşlar uçur, dalğa sahilə vurur.  Mən də insanları döyürəm”.

“O qədər sürətliyəm ki, dünən gecə düyməyə basdım və işıq sönmədən yatağımdaydım”.

"Başqalarına xidmət etmək bu dünyada ödədiyimiz oda kirayəsidir". 

"Əgər insanlar bir-birilərini məni sevdikləri qədər sevsəydi, dünya daha gözəl olardı".

“Bir günaha tərəf gedəndə, kibriti yandırıb əlimə yaxınlaşdırıram. Ardınca özümə sual verirəm: "Bir kibritin oduna dözə bilmirsən, cəhənnəmin oduna necə dözəcəksən?!"

“Dostluq məktəbdə öyrədilə biləcək bir şey deyil. Əgər “dostluq” sözünün mənasını anlamırsınızsa, demək siz həyatda heç bir şey öyrənə bilməmisiniz”.

“Əgər məni məğlub edəcəyini düşünən insan varsa, özünə gəlsin və məndən üzr istəsin”.

 “İnsanın özünə inamsızlığı ona ən böyük əngəldir. Mənim isə özümə inanım tamdır”.

“Heç bir zaman nəyisə itirə biləcəyim ağlıma belə gəlməzdi, amma bu, oldu. Bu vəziyyətdə isə edə biləcəyiniz tək bir şey bunu qəbul etməkdir. Nə vaxtsa bütün insanlar hansısa bir məğlubiyyəti qəbul etmək məcburiyyətində qalacaqlar”.

“Yuxularını gerçəkləşdirmək üçün ən yaxşı vasitə - oyanmaqdır”


“Uşaqlarınızı, onlar özlərini pis aparanda da, sevin”


“Mümkün deyil" sözü xırda adamların sözüdür. Belə adamlara vərdiş etdikləri həyatı yaşamaq daha asandır, nəinki nəyisə dəyişmək. "Mümkün deyil" sözü fakt deyil. Bu, sadəcə bir fikirdir. "Mümkün deyil" sözü hökm deyil. Bu, bir iddiadır və özünü təsdiqləməyə bir şansdır. Mümkün olmayan mümkündür”.

0
8