Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

DGK məlumat yaydı.

Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı narkotik vasitələr aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, öncə sözügedən vətəndaşın ayaqqabısının hər tayında 1 ədəd olmaqla, cəmi iki ədəd bükümdə 51 ədəd həb şəklində metadon, sonra isə hər iki ayağının pəncə hissəsində, corabın altında 1 ədəd olmaqla, cəmi iki ədəd bağlamada ümumi xalis çəkisi 190,091 qram heroin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına daxildir və aşkar olunan 51 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1 400 mq təşkil edir.

Faktla bağlı araşdırma  aparılır.

0
19