Bakıda 10 mənzili soydular

Bakıda 10 mənzili soydular

Polis əməliyyat aparıb.

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə,  fevralın 16-dan martın 31-dək olan müddətdə paytaxt ərazisindəki 10 mənzildən və bir avtomobildən pul, qızıl, məişət və geyim əşyaları oğurlanıb.

Bununla əlaqədar Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Abbasov tutulub.

0
23