Türkiyə İŞİD-i bombaladı: 14 terrorçu məhv edilib

Türkiyə İŞİD-i bombaladı: 14 terrorçu məhv edilib

“Yaraqlılar Türkiyə ərazisinə hücum etməyə hazırlaşırdılar”.

Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən 11 obyektlinə artilleriya zərbələri endirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının yaydığı məlumatda bildirilir.

“Terrorçular Türkiyə ərazisinə hücum etməyə hazırlaşırdılar. Zərbələr “Fırtına” özüyeriyən artilleriya qurğuları və yerüstü zenit qurğularından endirilib”, -  məlumatda qeyd olunur.

Bildirilir ki, əməliyyatlar zamanı 14 terrorçu zərərsizləşdirilib.  

0
6