İldırım yenə almanları hədəf seçib: 51 yaralı

İldırım yenə almanları hədəf seçib: 51 yaralı

Almaniyada "Rock am Ring" festivalında ildırım vurması nəticəsində 51 nəfər xəsarət alıb.

Lent.az-ın vesti.ru-a istinadən məlumatına görə, həkimlər onlardan 15-nin vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, bu, Almaniyada yaşanan ilk ildırım faciəsi deyil. Belə ki, ötən il də yenə "Rock am Ring" festivalında 33 nəfər təbii fəlakət nəticəsində xəsarət almışdı.

Mayın 28-də isə uşaqlar arasında keçirilən futbol yarışı zamanı ildırım 35 nəfəri vurmuşdu.

0
13