ABŞ-da neft daşıyan qatar relsdən çıxıb alışdı – VİDEO

ABŞ-da neft daşıyan qatar relsdən çıxıb alışdı – VİDEO

Yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi evakuasiya edilib.

ABŞ-ın Oreqon ştatında neft daşıyan qatar relsdən çıxıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, qəza nəticəsində vaqonlardan biri alışıb.

Məlumata əsasən, qəza Portlendin 110 km-də baş verib. Hadisə baş verən yerin yanından keçən yol bağlanıb, yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi evakuasiya edilib.

Ölən və xəsarət alanlar barədə hələ məlumat verilmir.

0
18